İstanbulda silahlı münaqişədə ata, oğul və qohum öldürülüb

İstanbulun Bağcılar rayonunda silahlı insident baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, avtomobil satışı ofisinə silahlı hücum olub.

Hadisə nəticəsində eyni soyadı daşıyan 3 nəfər – ata, oğul və onların yaxın qohumu ölüb. Polis silahlı hücumu təşkil edənlərin axtarışına başlayıb.

pia.az