Türkiyədə işləyən azərbaycanlı həkimlər...

Səhiyyə naziri ölkədə işləyən əcnəbi tibbi personal haqqında məlumat yayıb
Türkiyədə 70 Azərbaycan tibb işçisi çalışır. Bunu Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu deyib. Qonşu ölkədə çalışanlar arasında 50 İran, 49 Suriya, 39 Fələstin, 35 Makedoniya, 26 Qırğızıstan, 24 Yunanıstan, 22 Əfqanıstan, iki Almaniya və bir Ermənistan vətəndaşı var.Onun sözlərinə görə, ötən il 535 əcnəbi müalicə məqsədilə Türkiyəyə gəlib. Bunların 9-u Azərbaycan vətəndaşı olub. Çoxluğu isə əfqanlar təşkil edib - 228 nəfər. Onun sözlərinə görə, əcnəbi səhiyyə işçilərinin Türkiyədə işləməsinə icazə verən qanun 2012-ci ildən qüvvəyə minib. Qeyd edilən tarixdən bu yana 459 tibb personalı iş üçün müraciət edib. Onların 224-ü həkim, 137-i mütəxəssis həkim, 79-u tibb bacısı olub.(ans)