Azərbaycan millisi Lüksemburqa uduzub, antirekord təkrarlanıb - Yenilənib

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız son oyununu evdə keçirib.

Canni de Byazinin yetirmələri IX turda Lüksemburqu qəbul edib. Bu matçadək sonuncu pilləni tutacağı rəsmiləşən millimiz elə autsayderə xas oyun nümayiş etdirib.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasından sonra “cırtdanlar” meydanda daha çox hegemonluq edib.

Rəqib qarşısında aciz qalan yığmamız uzun müddət qapısının toxunulmazlığını qorusa da, ikinci hissənin ortalarında müqaviməti qırılıb. Öncə Gerson Rodriges, ardınca Sebastyan Till səviyyə fərqini ortaya qoyub. Azər Salahlının təsəlli qolu isə komandamıza heç nə verməyib. Əvəzində Rodriges dublunu rəsmiləşdirməyi də bacarıb. Bununla da Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəlib – 3:1.

Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurub. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarlayıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında Portuqaliya ilə İrlandiya qarşılaşacaq.

DÇ-2022-nin seçmə mərhələsiA qrupu, IX tur11 noyabr21:00. Azərbaycan – Lüksemburq - 1:3Qollar: Azər Salahlı, 83 - Gerson Rodriges, 67, 90+1, Olivye Till, 78Qırmızı vərəqə: Tellur Mütəllimov, 21Baş hakim: Manuel Şuttenqruber (Avstriya)Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip OzobiçEhtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm ƏhmədzadəBaş məşqçi: Canni de Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şanot, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Gerson Rodriges, 11. Yvandro Borqes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loren Yans (k)Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Malqet, 5. Vahid Selimoviç, 6. Dioqo Pimentel, 7. Erik Veyqa, 14. Mauritse Davill, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastyan Till, 22. Maykl OmosanyaBaş məşqçi: Lük HoltsBakı Olimpiya Stadionu

***

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 67-ci dəqiqədə Jerson Rodrigeş qonaqları önə keçirib.

***

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

***

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov Bakıda Lüksemburqa qarşı keçirilən 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.

"Report"un məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə görüb.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

***

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Görüşü avstriyalı FIFA referisi Manuel Şüttenqruber idarə edir.

***

Bakıda 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Azərbaycan və Lüksemburq milli komandalarının start heyətəri açıqlanıb.

Yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehti Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə

Baş məşqçi: Canni De Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 11. İvandro Borges, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans

Baş məşqçi: Lük Holts

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

pia.az