Avropada qazın qiyməti 880 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 880 ABŞ dollarını ötüb.

Məlumata görə, 11 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 880,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,6% çoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

pia.az