Pakistan XİN rəhbəri Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

PİA.az-ın xəbərinə görə, bu barədə Pakistan XİN rəhbəri “Twitter”də paylaşım edib.

“Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edirik!”, - nazir bildirib.

pia.az