İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “M.A.Bağırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb
Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Musa Ağabəy oğlu Bağırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, Musa Bağırov tədqiqatçı jurnalistdir.