Nərimanov Rayon İcra Hakimiyyəti başçısı vətəndaşlarla görüşdü

Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi 2 ünvanında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həmin ünvanda və ətraf ərazidə yaşayan rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib
PİA.AZ xəbər verir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 150 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərini salamlayaraq, Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, həmçinin geniş müzakirələr aparıb. Səyyar qəbulda çıxış edən sakinlər təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar rəy və təkliflərini verib, rayon ərazisində gedən genişmiqyaslı işlərə görə öz təşəkkürlərini bildiriblər.Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.Sonda rayon icra hakimiyyətinin başçısı A.Fərzəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.pia.az