Samuxda civə aşkarlandı

Samuxda 2500 qrama yaxın civə aşkarlanıb, əhalinin təhlükəsizliyi təmin edilib
PİA.AZ Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DSX-nin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində 19 iyul 2014-cü il tarixdə Samux rayon Qarabağlı kənd ərazisində şüşə qabın içərisində ümumi çəki­si 2365 qram olan civə aşkar olunmuş, dərhal yerli əhalinin təhlü­kəsiz­li­yi təmin edilmişdir. Faktla bağlı müvafiq tədbirlər görülür.