Hikmət Hacızadə səssizdiyini pozdu

Tanınmış politoloq Səməd Vurğun barədə onu tənqid edənlərə sərt cavab verdi: “Səməd kimi adamlar Azərbaycanda yetişməsin”
Son günlərdə mətbuatın əsas müzakirə mövzularından biri tanınmış politoloq Hikmət Hacızadənin görkəmli xalq şairi Səməd Vurğun haqqında işlətdiyi xoşagəlməz ifadələrdir. Onun xalq şairi barəsində dediyi “səviyyəsiz bir şairidir” cümləsi ətrafında başlayan qalmaqal günbəgün artmaqdadır.Hikmət Hacızadənin verdiyi müsahibədən keçən 3 gün ərzində ölkəmizin tanınmış simaları bu barədə öz mövqelərini açıq şəkildə ortaya qoydular. Bir çoxları politoloqun fikirlərini sərt tənqid atəşinə tutdu. Doğrudur, onun fikirlərinə tərəf çıxanlar da az olmadı. Bu müddətdə susan yalnız bir insan var idi. O da qalmaqal yaradan, görkəmli xalq şairi barəsində səsləndirilən ifadələrin müəllifi Hikmət Hacızadə idi. O, neçə gündür, üzərinə gələnlərə facebookda cavab verərək, belə bir status yazıb: “ Üç gündür internetim işləmirdi. İndi görürəm, mediada əmməlli-başlı Stalinsayağı kampaniya başlayib. Səmədi və sovet poeziyasını məndən müdafiə edirlər. Naftalin adamları yığıb, mənə söydürürlər. Xalqın beynini sovet vaxtından elə yuyublar ki, indiyə qədər Stalin, Səməd, Nərimanov deyə-dəyə qalıb. "Hikmət Hacizadənin məqsədi var!". Bəli, məqsədim var! Məqsədim odur ki, Səməd kimi adamlar Azərbaycanda yetişməsin. Səməd gənclərimiz üçün nümunə olmasın. Məddahlıqla, satqınlıqla heç kim ailə saxlamasın. Kəpəzə çıxıb, Göygölə baxıb, kabab yeməkdənsə, bəxtsiz Ana vətənimizə baxıb, düşünsün. Deyirlər ki, Səmədin "Azərbaycan” şerini oxu. Mənim "Azərbaycan" şerim budur:Almas İldırımAzərbaycan (mənim bəxtsiz anam, oy!)Nərdə məni gül qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,Beşiyimdə, lay-lay balam, çağıran,Azərbaycan, mənim bəxtsiz anam, oy! Neçə ildir həsrətinlə yanam, oy!..Xəbər alsam, Muğanımdan, Milimdən,Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adın dilimdən, Azərbaycan, mənim eşsiz yurdum oy, Ölməz eşqim, içimdəki dərdim, oy!..Salam versəm, rüzgar alıb götürsə, Ağrı dağdan göy Xəzərə yetirsə,Xəzər coşub zəncirini qırsa oy,Hökm etsə, bu sərsəm gediş dursa, oy.Könlümə tək Kəbə yapdım səni mən,Sənsiz neylim qürbət eldə günü mən?Sənsiz neylim Allahı mən, dini mən, Azərbaycan, mənim taxtım, tacım, oy.Oyanmazmı kor olası bəxtım oy!