İqtisadçı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə etiraz etdi

"Necə olur ki, ölmüş adamın vergi borcunu varisləri ödəməlidir, amma varisləri onun dövlətdən alacağını geri almaq üçün əziyyət çəkməlidir?!"...

"Azərbaycanda ölmüş hesab edilən şəxsin vergi borcunu onun varisi ödəyəcək. Təəccüblüdür. Çünki həyatını dəyişən şəxlərin Sosial Müdafiə Fonduna ödədiyi vəsaitin ailə tərəfindən geri alınması üçün böyük çətinliklər var. Yəni, necə olur ki, ölmüş adamın dövlətə olan vergi borcunu varisləri mütləq ödəməlidir, amma varisləri onun dövlətdən alacağını geri almaq üçün əziyyət çəkməlidir?!"

PİA.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

"Ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin vergisi ləğv edilmir, amma onların şarjı üçün istifadə olunan avadanlıqlar ƏDV-dən azad edilir. İli 3 ildən köhnə, motor həcmi 2000 sm3-dən yuxarı olan avtomobillərin aksiz vergisi kəskin artır, 7 ildən artıq olanlar isə fantastik olaraq artırılır. Bunun müsbət tərəfi odur ki, ekoloji cəhətdən problem yaradan motor həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsi azalacaq, amma artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətləri kəskin artacaq" - ekspert əlavə edib. (Pravda.az)

pia.az