Oğuzda yol qəzası baş verib, ata və qızı xəsarət alıb

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Nəticədə Oğuz rayonunun Kərimli kənd sakinləri - sürücü, 1964-cü il təvəllüdlü Rəhman Əlövsət oğlu Əzizov və onun qızı, 1995-ci il təvəllüdlü Rəvanə Əzizova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərbənin gücündən inək tələf olub.

Faktla bağlı araşdırma aparılır.

##galery##

pia.az