Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürəcək.

İlk olaraq, yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Azərbaycan 7 çəki dərəcəsində təmsil olunacaq. Bu gün atılan püşk nəticəsində onların ilk rəqibləri müəyyənləşib:

55 kq1/8 final: Nihad Quluzadə - İxtiyar Botirov (Özbəkistan) / Poya Dad Marz (İran)

63 kq1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova)

67 kq1/16 final: Həsrət Cəfərov - Dieqo Martines (Meksika)

72 kq1/16 final: Ülvü Qənizadə - Liqilik Satimkul (Qırğızıstan)

77 kq1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan)

87 kq1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya)

130 kq1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili).(report)

pia.az