BƏƏ-nin Livandakı səfiri geri çağırıldı

BƏƏ hakimiyyəti səfiri Livandan vətəninə geri çağırdıqlarını elan edib.

Bu barədə Al Arabiya televiziya kanalı xəbər verib.

Hakimiyyəti orqanları həmçinin BƏƏ vətəndaşlarına artıq Livana səyahət etməməyi tövsiyə edib.

Regional KİV-lər qeyd edib ki, bununla da BƏƏ regionda səfirini Livandan geri çağıran dördüncü ölkə olub. Belə ki, bundan öncə Səudiyyə Ərəbistanının da analoji addım atması barədə məlumat verilib.

Ər-Riyaddan sonra Bəhreyn və Küveyt də səfirlərini geri çağırıb.(unikal)

pia.az