Estoniyalı deputatlar Azərbaycana gəlir  

Estoniya parlamentinin deputatları Sven Sester və Mixail Korb Azərbaycana səfərə gəlirlər.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, noyabrın 1-dən başlayacaq səfər 3 gün davam edəcək.

Estoniyalı deputatlar Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Xarici İşlər Nazirliyinin rəsmiləri və bir sıra qurumlarda görüşlər keçirəcəklər.

pia.az