Ağstafada qəza baş verib: Beş nəfər yaralanıb
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
PİA.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “BMW” markalı avtomobil toqquşub.
Qəza zamanı 1966-cı il təvəllüdlü Qədimov Ramazan Süleyman oğlu, 1992-ci il təvəllüdlü Omarov Şahlar Asiman oğlu, 1982-ci il təvəllüdlü Abbasov Mövsüm Nadir oğlu, 1977-ci il təvəllüdlü Orucov Vəli Hacımurad oğlu və 1965-ci il təvəllüdlü Orucova Ayxanım Kağı qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.(Oxu.Az)
pia.az