"Qarabağ"ın rəqibi kubokda yarımfinala yüksəlib

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Kayrat" klubu Qazaxıstan Kubokunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv 1/4 finalın cavab matçında "Kaysar"ın qonağı olub. Evdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi ikinci qarşılaşmada da rəqibinə heç bir şans verməyib - 2:0. Qolları 76-cı dəqiqədə Vaqner Lav, 88-ci dəqiqədə isə Artur Şuşenaçev vurublar.

"Kayrat" yarımfinalda "Astana" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Kayrat" Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Komandalar arasında növbəti görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.

pia.az