Şirvanda ana doğuşdan sonra ölüb

Şirvanda ölüm hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqaul rayonunun Udulu kənd sakini, 1978-ci il təvəllüdlü Köçəliyeva Gülmira Rafiq qızı kəskin qanaxma diaqnozu ilə Şirvan doğum evinə daxil olub.

Ağır doğuş prosesindən sonra ağırlaşma baş verib və ana ölüb. Dünyaya gələn qız körpəsi sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az