Türkiyə Prezidenti: "İlham Əliyevlə regional məsələləri bütün detalları ilə müzakirə etdik"

“Türkiyə olaraq üzərimizə düşəni etməyə, qardaş Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik”.

PİA.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu gün İlham Əliyevlə görüşlərimizdə ikili və regional məsələləri bütün detalları ilə müzakirə etdik. İqtisadi və ticarət sahəsində işbirliyimizin genişləndirilməsini, enerji, nəqliyyat və Qarabağın inkişafı sahəsində mövcud durumu, gələcəyə dair planları da nəzərdən keçirdik", - Türkiyə Prezidenti vurğulayıb.

pia.az