Vitamin D əskikliyini evdə özün təyin et

Payız-qış aylarında orqanizm kəskin vitamin D defisiti keçirir. D vitamini hətta isti yay aylarında təbii olaraq günəşdən alınsa da, cəmi 3-4 aya sərf olunub gedir.

Medicina.az analiz vermədən, evdə, özünüzdə vitamin D defisitini təyin etməyin metodunu təqdim edir. 

Özünüzdə bu vitaminin çatışmamasını necə yoxlamalı?

- Saçlarınıza, dırnaqlarınıza baxın - əgər quru, qırılan, laylanan, cansızdırsa, sınırsa, uzanmırsa, saçlarınız tökülürsə deməli vitamin azdır- Bədən, əllər, boyun tez-tez tərləyirsə

- Gecələr yatanda və ya çox oturanda qollar, ayaqlar uyuşursa, qıcolmalar baş verirsə- Əzələlər zəifdirsə, spazmlar olursa

- Yuxunuz normal deyilsə, yuxuya gedə bilmirsiz- Qadınlarda menstruasiya pozulmaları varsa- Kişilərdə cinsi zəiflik və enerjisizlik varsa

- Daim yorğun, əzgin, bir işi görməyə halınız yoxdursa- Sümüklər, barmaqlar, oynaqlar ağrıyırsa- Başda duman hissi, diqqət, yaddaş zəifliyi varsa- Sümüklərdə kövrəkləşmə başlayıbsa

- Ağzınız, diliniz, ağız ətrafı sanki qurudursa- Çəkiniz öz-özünə artırsa, bədən sanki şişirsə- Bağırsaqlarda spazm, şişmə varsa

pia.az