Ceff Bezos kosmosda ticarət stansiyası tikdirir

"Amazon"un sahibi, milyarder iş adamı Ceff Bezos kosmosda ticarət stansiyası tikəcək.

Unikal.org xəbər verir ki, Bezosun "Blue Origin" şirkəti 2030-cu ilə qədər kosmosda ticarət stansiyaları inşa edəcəyini açıqlayıb.

Şirkətin yayımladığı məlumatda, kosmik stansiyanı "Boeing" də daxil olmaqla 5 şirkətin töhfəsi ilə inşa edəcəkləri bildirilib. Bu kommersiya kosmik stansiyasının yaradılması və istismarı aerokosmik sənaye Sierra Nevada Korporasiyasının törəmə şirkəti olan "Sierra Space" ilə əməkdaşlıq edəcək.

pia.az