Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib

Koreya Respublikasının keçmiş Prezidenti Ro De U 88 yaşında vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin köməkçisi bildirib.

Məlumata görə, bir müddət əvvəl sabiq prezident səhhətində yaranmış problemlə bağlı hospitala yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ro De U 1988-1993-cü illərdə Cənubi Koreyanın Prezidenti olub.

pia.az