Şimal bölgəsinə 23 sm qar yağıb, temperatur mənfi 6 dərəcəyədək enib - Yenilənib

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Qrız kəndinə 23 sm, Xınalığa 16 sm, Xaltana isə 3,5 sm hündürlüyündə qar yağıb.

Qusarın Yasab kəndində qarın hündürlüyü 2 sm, Xızının Altıağac kəndində isə 1 sm təşkil edib.

Havanın temperaturu Qubanın Qrız kəndində mənfi 6 dərəcəyədək enib.

***

Quba və Qusar rayonlarına ilk qar yağıb.

"Report"un Şimal bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq Azərbaycanın Şimal bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Quba və Qusar rayonlarının əksər dağlıq kənd və məntəqələrinə dünən axşamdan yağmağa başlayan qar bu gün səhər saatlarında kəsib.

Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.

Eyni zamanda bölgənin Xaçmaz və ətraf rayonlarında yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

pia.az