Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,77% artaraq 1 barelə görə 85,29 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,94% artaraq 84,55 dollar təşkil edib.

pia.az