Biləsuvarda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

Qeyd edək ki, hadisə ötən gün rayonun Amankənd kəndində baş verib.

Belə ki, kənd ərazisində yerləşən çay evində kənd sakinləri - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında mübahisə yaranıb. İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedən zaman yolda Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az