Əfqanıstanda hücum nəticəsində azı beş nəfər həlak olub

Əfqanıstanın Nəngərhar vilayətinin Cəlalabad şəhərində naməlum şəxslərin hücumu nəticəsində ən azı beş nəfər ölüb.

APA-nın “RİA Nobovsti”yə istinadən verdiyi xəbərə görə, şəhərin səkkizinci rayonunda avtomobilin yol kənarındakı minaya düşməsi nəticəsində bir uşaq ölüb, üç nəfər yaralanıb.

Nursultanda pandemiyadan sonra dünyanın yeni reallıqları müzakirə olunacaqMövlud Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcəkƏrdoğan Afrika ölkələrinə səfər edibCəlalabad şəhərinin birinci rayonunda isə naməlum şəxs milli təhlükəsizlik əməkdaşlarına atəş açıb, nəticədə azı dörd “Taliban” üzvü həlak olub.

"Tolo News" kanalı isə Cəlalabad şəhərində naməlum şəxsin hücumu nəticəsində iki “Taliban” üzvünün həlak olduğunu, avtomobil partlaması nəticəsində isə iki nəfərin xəsarət aldığını deyib.

pia.az