"Kefim də yaxşıdır, səhhətim də, lap əlayam” - Artur Rasizadə

Sabiq baş nazir Artur Rasizadə səhhətinin ağır olmasıyla bağlı yayılan xəbərləri təkzib edib.

PİA.az xəbər verir ki, keçmiş hökumət başçısı sağlıq durumuyla bağlı narahatlığa əsas olmadığını deyib:

"Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam!”.

Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.

86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb.  (modern.az)

pia.az