Qaydaları pozan şadlıq sarayının rəhbəri cərimələndi, inzibatçıya cinayət işi açıldı

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyinə cinayəti işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bir neçə gün öncə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı “icaze.e-gov.az” portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

Rayon Polis Şöbəsinin əməkdaşları ikinci dəfə həmin restoranda monitorinq aparan zaman anoloji hadisəsinin təkrarlanmasını aşkar edib.

Restoran inzibatçısı Valeh Hacıyev barəsində Cinayət Məcəlləsinin 139.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə cinayət işi başlanıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

pia.az