Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Mərhum Xalq artisti Xuraman Hacıyevanın bacısı Rusiyanın Moskva şəhərində vəfat edib.

PİA.az lent.az-a istinadən xəbər verir ki, Xalq artistinin bacısı Briliant Hacıyeva koronavirus səbəbindən dünyasını dəyişib.

Onun meyiti sabah Bakıya gətiriləcək və burada dəfn ediləcək.

Qeyd edək ki, Xuraman Hacıyeva 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. O, 2005-ci ildə Bakıda vəfat edib.

pia.az