Zaur ARB-də işə başlayan Xoşqədəmə barışıq addımı atdı

Teleaparıcı Zaur Baxşəliyev illərdir küsülü olduğu həmkarı Xoşqədəm Hidayətqızına barışıq addımı atıb.

Musavat.com xəbər verir ki, prodüser Tarix Əliyev ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsinə təyin edilən X .Hidayətqızını təbrik edib.

Tolikin paylaşımına şərh yazanlardan biri də aparıcı Zaur Baxşəliyev olub. O, "uğurlar, xeyirli olsun" qısa şərhini yazaraq, barışıq addımı atıb.

X.Hidayətqızı da həmkarının şərhini cavabsız qoymayıb. O, Zaura "Minnətdaram, Zaur bəy" reaksiyasını verib.

Qeyd edək ki, Hidayətqızı ilə Baxşəliyev arasındakı qalmaqal ATV-də başlayıb.

pia.az