Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil Bakı Olimpiya Stadionunun qarşısında yolu keçən təqribən 40 yaşlı kişini vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.

pia.az