Bərdədə 36 yaşlı kişi narkotikdən öldü

Bərdədə 36 yaşlı kişi narkotikdən ölüb. Rayonun Füzuli küçəsində yaşayan Vəliyev Zaur Əliyar oğlu (1985-ci il təvəllüdlü) narkotik maddədən istifadə zamanı şoka düşüb. Ona kömək göstərilsə də, Z.Vəliyevin vəziyyəti pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

pia.az