Lənkəranda baş verən ağır avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü  Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az