Sankt-Peterburq polisi şəhərdə silahla gəzən azərbaycanlını saxlayıb

Sankt-Peterburqda polis əməkdaşları, içində səkkiz güllə olan tapança ilə silahlanmış 49 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə "Nevskiye Novosti" yazır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs işsizdir və sentyabr ayından etibarən miqrasiya orqanlarında qeydiyyatdadır. O, Sankt -Peterburqun Krasnoselski rayonunda yaşamaq icazəsinə malikdir.

Ekspertiza tapançanın atış üçün yararlı olduğunu bildirib.

Hazırda cinayət işinin açılması məsələsi həll olunur. (virtualaz.org)

pia.az