Türkiyə MN Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

PİA.az-ın xəbərinə görə, bu barədə Türkiyə MN-in “Twitter” hesabında paylaşım edilib.

 "Dost və qardaş ölkə Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 30-cu ildönümünü təbrik edir, Azərbaycan türkü qardaşlarımıza bir və bərabər olduğumuz güclü gələcək diləyirik”, - qeyd olunub.

pia.az