Ənənədən ehtiyaca

İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə təklif verib. Novator.az-ın məlumatına görə, o yazır ki, Bakıda istilik mövsümünün sovet dövründən qalan ənənə əsasında noyabrın 15-də başlanması nəzərdə tutulur. Fikrimcə, “Azəristiliktəchizat” ASC başqa ölkələrin praktikasını əsas götürüb təqvimlə tənzimləmədən imtina edə bilər. Son illər yaşadığım ABŞ və Böyük Britaniyanın praktikasından çıxış edərək deyə bilərəm ki, hər iki ölkədə fərdi evlərin istilik təminatı havanın hərarəti ilə əlaqəli şəkildə tənzimlənir.

Orta sutkalıq temperatur davamlı şəkildə aşağı düşərsə, “Azəristiliktəchizat” ilk növbədə uşaq evləri, məktəblər, doğum evləri və xəstəxanaların, eyni zamanda fərdi evlərin istilik təchizatına noyabrın 15-ni gözləmədən başlamalıdır. Hazırda məktəblərdə qripin yayılmasının səbəblərindən biri də son günlər havaların soyuq keçməsidir”.

“Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətlərin aylıq tarifləri əhali qrupu üçün 1 kvadratmetrə 15 qəpik, qeyri-əhali qrupu üçün 1 kvadratmetrə 25 qəpikdir.

pia.az