Küveytdə qadınlar orduda xidmət edəcək

Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib. Xarici KİV-lərin yaydığı məlumata görə, bu barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb. Nazir bildirib ki, küveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib. "Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı vermək vaxtı gəlib", - deyə nazir vurğulayıb.

Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər. (virtualaz.org)

pia.az