Baş prokurorluğun nümayəndəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edib - Foto

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Türkdilli dövlətlərin hüquq mühafizə orqanları akademiyaları və təlim mərkəzləri arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər davam etdirilir.

Bu barədə PİA.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindn məlumat verilib.Bildirilib ki, 5-8 oktyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi ilə təşkilata üzv dövlətlərin hakim və prokurorlarının tədris müəssisələrinin ilk iclası keçiriib.Türkiyə Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə üzv dövlətlərin müvafiq ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Covid-19 pandemiyası dövründə ədliyyə sisteminin fəaliyyətinə dair təcrübə mübadiləsi məsələləri, ən əsası isə “Türk Ədliyyə Akademiyaları Birliyi”nin təsis edilməsi ilə bağlı ilkin təşəbbüslər müzakirə edilib.

Tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təmsil edib. Baş Prokurorluğun nümayəndəsi prokurorluq orqanlarında həyata keçirilən islahatlar, eləcə də Elm-Tədris Mərkəzinin fəaliyyəti barədə geniş məlumat verib.

Tədbir iştirakçıları Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamid Gül, Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, eləcə də digər dövlət rəsmiləri tərəfindən qəbul edilmiş, ədalət mühakiməsi sahəsində ən mühüm təsisatların fəaliyyəti ilə yaxından tanış olublar.Səfər çərçivəsində Türkdilli dövlətlərin ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

pia.az