Rusiyada koronavirusdan ölənlərin sayı 214 mini keçdi

Rusiyada son sutka ərzində daha 27 246 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Ölkədə COVID-19-a yoluxanların sayı 7 717 356 nəfərə çatıb.

Ötən gün Rusiyada 936 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 214 485 nəfərə çatıb. İndiyədək 6 819 796 xəstə sağalıb.

pia.az