İranın Azərbaycana qarşı sərgilədiyi şərləmə siyasəti uğur qazana bilər?

Beynəlxalq səviyyədə belə terroru dəstəkləyən ölkə kimi tanınan İranın Azərbyacana qarşı bu kimi şərləmə davranışları nədən xəbər verir?..

Politoloq: “Qarabağda münaqişnin həll prosesində əsas iştirakçı dövlət Rusiya və Türkiyə olacaqlar. Burada İranı dövlət yerinə qoyub sayan yoxdur. Buna görə də İranın Cənubi Qafqazda hər hansı prosesdə aktiv iştirakı gözlənilən deyil”.

“Terora dəstək verdiyinə görə beynəlxalq sanksiyalara məruz qalan məhz İrandır. Onu da unutmaq olmaz ki, terrorçu və rasist dövlət olan Ermənistana İranın uzun illər boyu dəstək verib və verməkdə davam edir”.

Bu sözləri politoloq Samir Hümbətov İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın Moskvada jurnalistlər qarşısında verdiyi bəyanatı açıqlamasını

İranın xarici işlər naziri dünən Moskvatya ayaq basar-basmaz bildirib ki, Tehranın bölgədəki terroristlərlə və sərhədləri dəyişdirmək cəhdi ilə bağlı Rusiyanın reaksiyasını gözləyir. Açığı Əmir Abdollahianın Moskvada verdiyi bu bəyanat ilk növbədə Tehranın acizliyini ortaya qoydu. Çünki Tehran Cənubi Qafqazda Moskvanın icazəsi olmadan addım ata bilməyəcəyini bu bəyanat ortaya qoymuş oldu və son ümid yeri olaraq Moskvaya üz tutdu. Bu da əslində İranın Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı təcavüzkar davarmaq imkanında olmadığını ortaya qoymuş oldu.

Diqqət çəkən digər məsələ isə bəyanatın şər və böhtan xarakerli olması idi. İran ən yüksək səviyyədə bu dəfə Moskvada elan etdi ki, Azərbaycanı terorçuları və “sionist rejimi” öz ərazilərində yerləşdirib. Azərbaycanda terrorist dövlət olmadığı və terrizmə dəstək vermədiyi, Ermənistanın sərhədini də dəyişdirmək niyyətində deyil, Rusiyanın da dəstəyi ilə nəqliyyat yollarının açılmasına çalışıdığı ortada olduğu halda İranın sərgilədiyi bu şərləyici siyasətin uğur qazanmasına ehtimal vermək olar? Ümumiyyətlə beynılxalq səviyyədə belə terroru dəstəkləyən ölkə kimi tanınan İranın Azərbaycana qarşı bu kimi şərləmə davranışları nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Atlas Araşdırmalar Mərkəzinin politoloqu Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “İranın Rusiyada nəqliyyat dəhlizi ilə bağlı nə deməsindən asılı olmayaraq biz yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq”.

İran hava yolunu Azərbaycan üçün bağlasa da, bu gün Ermənistanın Bakı-Naxçıvan reysinin həyata keçirilməsinə şərait yaratdığını vurğulayan politoloq PİA.az-a bildirib ki, bu artıq Ermənistan müəyən mənada Azərbaycanla və Türkiyə ilə razılığa gəlməsi anlamına gəlir və yəqin ki, yaxın zamanda bu prosesin daha da inkişaf etməsinin şahidi olacağıq:

“İran xarici işlər nazirinin Moskvada bu cür açıqlama verməsi gözlənilən idi. Çünki Tehranın iddiları və istəkləri beynəlxalq hüquqa və qaydalara uyğun olmadığına və atdığı addımlar təcavüz xarakterli olduğuna görə vəziyyətdən hazırda başqa çıxış yolu tapa bilmir. İran Cənubi Qafqazda çox ağır geisiyasi və geoiqtisadi vəziyyətlə üzləşib. Rusiyaya səfər etməklə, daha doğrusu Rusiyanı razı salıb bu çətin vəziyyətdən çıxmağa çalışır. Çünki Tehran yaxşı başa düşür ki, bundan sonra Azərbaycanla gərginliyin daha da yüksəldilməsi heç də onun xeyrinə olmayacaq.

Təbii ki, Cənubi Qafqzda bu gün tamamilə yeni geosiyasi və geostrateji reallıq var. Geosiyasi reallığın diktə etdiyi şərtlərdən biri İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni status-kvonun tranzit yollarının açılmasını tələb etməsidir. Bu da o deməkdir ki, İran istər Rusiyaya, istərsə də digər ölkələrə getsin, bütün halalrda bu zərurət həyata keçəcək. Reallıq budur ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra imzalanan iki üçtərəli bəyanatın şərtlərinin icra olunması gündəmdədir. Paşinyanın açılmasından da başa düşülür ki, Ermənistanın özü belə Azərbaycanla sülh danışıqlarına getmək niyyətindədir. Çünki Yeravanda da başa düşürlər ki, nəqliyyat dəhlizləri açılmasa Ermənistanda dövlətçilik təhlükəyə girər. Çünki Ermənistan iqtisadiyyatı bundan sonra özünütəcridə uzun müddət davam gətirə bilməz. İşğal etdiyi torpaqları da itirdikdən sonra bu Ermənistana heç lazım da deyil.

Samir Hümbətov: “Elə Lavrov da bu gün İranın xarici işlər naziri ilə əsasən nüvə proqramın müzakirə eədcəklərini söyləməklə Əmir Abdollahianın dünən Moskvada səsləndirdiyi fikri ciddiyə almadığını ortaya qoydu”.

Hər kəs yaxşı başa düşür ki, 1979-cu ildən bəri beynəlxalq birlik İranı terrorçu dövlət kimi tanıyır. Azərbaycanın öz əraziləribdə terorçuları himayə etməsi terrorçu dövlət olmasını İranın xarici işlər naziri səviyyəsində deyilməsi o deməkdir ki, Azərbaycan həm də terrorçu dövlətdir. Bu isə absurd iddiadır. Bəs İran bu ittihamları səsləndirərkən nəyi nəzərdə tutur? Əmir Abdollahianın bu ifadələri işlədərkən və Azərbaycanda terorçuları və “sionist rejimi” eyniləşdirərkən nəyə eyham vurur? Axı Tehran həmişə İsraili terrorçu dövlət adlandırıb. Lakin bununla İsrail terorçu dövlət olmayıb. Əksinə terora dəstək verdiyinə görə beynəlxalq sanksiyalara məruz qalan məhz İrandır. Onu da unutmaq olmaz ki, terrorçu və rasist dövlət olan Ermənistana İranın uzun illər boyu dəstək verib və verməkdə davam edir. Ona görə də Əmir Abdollahianın bu fikirlərini ciddiyətə almaq lazım deyil. Elə Lavrov da bu gün İranın xarici işlər naziri ilə əsasən nüvə proqramın müzakirə eədcəklərini söyləməklə Əmir Abdollahianın dünən Moskvada səsləndirdiyi fikri ciddiyə almadığını ortaya qoydu.

İranın Rusiyada nəqliyyat dəhlizi ilə bağlı nə deməsindən asılı olmayaraq biz yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq. İran hava yolunu Azərbaycan üçün bağlasa da, bu gün Ermənistan Bakı-Naxçıvan reysinin həyata keçirilməsinə şərait yaratdı. Bu da o deməkdir ki, artıq Ermənistan müəyən mənada Azərbaycanla və Türkiyə ilə razılığa gəlib və biz bi prosesin yaxın günlərdə daha da inkişafına şahid olacaağıq.

Samir Hümbətov: “İran unutmamalıdır ki, onun ordusunun 50 faizə qədəri İranda yaşana Azərbaycan türklərdir”.

İranın sərsəm açılmasını heç kəs qəbul etməyəcək. Eyni zamanda bu cür sərsəm açılmanı Rusiyanın da qəbul edəcəyini düşünmürəm. Bildiyimiz kimi Rusiya öz xarici siyasətinə uyğun gələn addımları atır. Hesab edirəm ki, İranın bu cür sərsəm bəyanatları Rusiyanın xarici siyasətinə uyğun gəlmir.

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra verilən açıqlamalardan sonra bəlli oldu ki, Qarabağda münaqişnin həll prosesində əsas iştirakçı dövlət Rusiya və Türkiyə olacaqlar. Burada İranı dövlət yerinə qoyub sayan yoxdur. Buna görə də İranın Cənubi Qafqazda hər hansı prosesdə aktiv iştirakı gözlənilən deyil.

İranın Azərbaycanı terrorçu dövlət adlandırması bu vaxta qədər Azərbaycana dediyi təhdidlərdən biri hesab oluna bilər. İran unutmamalıdır ki, onun ordusunun 50 faizə qədəri İranda yaşana Azərbaycan türklərdir. İran hər hansı yalnış addım atarsa, bunun nəticəsi Tehran üçün ağır ola bilər”.

Nərminə UMUDLUpia.az