Bakıda etiraz aksiyası keçirməyə cəhd edildi

Azərbaycan Xalq Cəbhəsi partiyasının bir qrup fəalları oktyabrın 5-i Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsi qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Aksiya iştirakçiları AXCP-nin üzvü Niyaməddin Əhmədovun azadlığa buraxılmasını tələb ediblər.

Polis əməkdaşları, koronavirus pandemiyası səbəbiylə 5 nəfərdən çox adamın toplanmasının yolverilməz olduğunu əsas gətirərək, etirazçıların dağılmalarını tələb edib.

Daha sonra bir neçə etirazçı polis maşınlarına mindirilib və naməlum istiqamətə aparılıb. Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev “Turan”-a müsahibəsində bildirib ki, polis etirazçıları ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılan yoxdur.

pia.az