Feysbukdakı problemə görə Mark 6,6 milyard dollar itirdi

“Facebook” qurucusu Mark Tsukerberq bir sıra ölkələrdə "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində yarana problemə görə milyardlarla dollar itirib.

“Report” xəbər verir ki, Mark Tsukerberq şirkətin sahibi olduğu sosial şəbəkələrin və xidmətlərin qlobal şəkildə işləməməsi fonunda 6,6 milyard ABŞ dolları itirib və dünyanın ən varlı adamları siyahısında altıncı yerə düşüb.

“Forbes”ə görə, Zukerberqin sərvəti 5,4% və ya 6,6 milyard dollar azalaraq 116,1 milyard dollara qədər azalıb.

pia.az