Hirkan Milli Parkından “Ural”larla odun daşınır – Dövlət qoruğu kimin biznes sahəsinə çevrilib? - Video

Nadir ağac növlərinin qorunduğu Hirkan Milli Parkında kütləvi şəkildə agaclar qırılır.

Bu barədə Lənkəran sakinləri AzToday.az-a məlumat veriblər. Sakinlər bildirir ki, qoruğun 31 saylı dolayından “Ural”larla odun satılır.

Onların sözlərinə görə, 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Hirkan Milli Parkının 31 saylı dolayında sağlam ağaclar qanunsuz kəsilərək satılır. Sakinlər bu işdə Milli Parkın rəhbərliyini, xüsusən də qoruğu qorumalı olan yegerləri günahkar bilir. Çünki hər hansı bir şəxsin qoruq ərazisinə icazəsiz girişi onun 400 manat cərimələnməsi ilə nəticələndiyi halda Milli Parkdan “Kamaz”larla odun və materialın daşınması əsaslı şübhələr yaradır.

AzToday.az qoruqda kəsilmiş agacların və odun daşıyan maşının görüntülərini təqdim edir:

pia.az