Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq öldürüb

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ən sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az