Çempionlar Turu: Məmmədyarov və Rəcəbov yenə uduzub

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.

PİA.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları tay-breykədək uzatmağa çatıb.

Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 3,5:2,5Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 3,5:2,5Uesli So (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2,5:1,5Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ) - 1:3Teymur Rəcəbov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) - 2,5:3,5 (Report)

pia.az