Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavinini təltif edib

Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

PİA.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

M.Dere bu medala Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq etdiyinə görə layiq görülüb.

 

pia.az