“Qaya” ansamblının yaradıcısı vəfat edib - Foto

“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev vəfat edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, T.Mirzəyev ötən gün 85 yaşında İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Müğənni uzun müddətdir İsraildə yaşayırdı.

Xatırladaq ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.

pia.az