II Fəxri xiyabanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaylım atəşi açılıb

Anım Günü münasibətilə II Fəxri xiyabanda da 1 dəqiqəlik sükut olub.

Müdafiə naziri Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbər heyəti şəhid ailələri və qazilərlə birlikdə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

pia.az