Gürcüstanda son sutkada koronavirusa 663 yoluxma olub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 663 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 607 155, ölənlərin sayı isə 8 844 nəfərə çatıb. Virusa yoluxanlardan 578 881 nəfərin sağaldığı bildirilir.

pia.az