Almaniyada seçkilər bitdi - “Exit-poll” nəticələri də açıqlanıb

Almaniyada parlament seçkisi üçün səsvermə məntəqələri bağlanıb.

Xarici KİV-lərin verdiyi məlumata görə, 60 minədək məntəqə saat 19:00-dək fəaliyyət göstərib. Artıq seçkilərin ilkin “exit-poll” nəticələri də açıqlanıb.

Nəticələrə əsasən, Olaf Şoltsun rəhbərlik etdiyi sosial-demokratlar 26 faiz səslə liderdir. Armin Laşetin Mühafizəkarlar Pariyası 24 faiz səslə ikinci, Annalena Berbokun rəhbərlik etdiyi “İttifaq 90/Yaşıllar” partiyası isə 14,5 faiz səslə üçüncüdür. “Solçular” da 5 faizlik seçki həddini aşaraq parlamentə daxil olublar. (virtualaz.org)

pia.az