“Çelsi” Kanteni satmağa hazırdır

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante mövsümün sonunda komandasını dəyişə bilər.

PİA.az apasport.az-a istinadla bildirir ki, ulduz futbolçu bir neçə Avropa nəhənginin diqqət mərkəzindədir.

Konkret olaraq "Real" və PSJ 30 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır. Kantenin "zadəganlar"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Nqolo yeni sazişə hələ müsbət yanaşmadığından, londonlular gələn ilin yayında onu satmağa hazırdır.

Qeyd edək ki, Nqolo Kante 2016-cı ildən "Çelsi"nin formasını geyinir.

pia.az